SMART ExR 4 SILINDIR LPG

SMART ExR  sistemi 2-4 silindrli avtomobillərin qaz rejiminə keçidi üçün nəzərdə tutulub və yüksəktexnoloji və etibarlı işlənib hazırlanması ilə səciyyəvidir. Proqram istifadəçi üçün çox rahatdır və intuitiv olaraq aydındır, bu kalibrləmə müddətinin azaldılmasına səbəb olur. Lazımi fəzanı minimuma endirmək və quraşdırma müddətini azaltmaq üçün sistemin komponentləri inteqrasiya olunub.

Doldurucu qurğu: balonun doldurulması üçün nəzərdə tutulan qurğu.

Propan balonu: qazın saxlanması üçün nəzərdə tutulub.

Multiklapan: yanacaq doldurulmasına xidmət edir və onun geri qayıtmasının qarşısını alır, səviyyə indikatorundan və təhlükəsizlik qurğusundan ibarətdir.

Buxarlandırıcı reduktor: qazı maye halından qaz halına keçirir, təzyiqi azaldır.

Filtr: qazı aşqarlardan təmizləyir, qaz temperaturunu və təzyiqini, həmçinin kollektordakı təzyiqi ölçür.

İnjektor reykası: qazın hər bir silindrə ötürülməsi üçün nəzərdə tutulub.

Yanacaq dəyişdiricisi: qaz rejimindən benzin rejiminə və əksinə keçməyi təmin edir, balondakı qazın səviyyəsini göstərir.

Qaz idarəetmə bloku: müxtəlif datçiklərdən siqnallar alır, ötürülmə üçün lazım olan qaz miqdarını müəyyən edir.