EASY FAST DIRECT INJECTION ExR 8 SILINDIR LPG

EASY FAST DIRECT INJECTION ExR 8  sistemi birbaşa benzinlə işəyən 5-8 silindrli avtomobillərin qaz rejiminə keçidi üçün işlənib hazırlanmışdır. D.I. ExR idarəetmə blokunun köməyi ilə forsunkaların emulyasiyası yaxşılaşdırılmışdır, bunun sayəsində yanacaq sərfiyyatı optimallaşdırılmış və çirkli tullantıların atılması azaldılmışdır.

Buxarlandırıcı reduktor: qazı maye halından qaz halına keçirir, təzyiqi azaldır.

Filtr: qazı aşqarlardan təmizləyir, qaz temperaturunu və təzyiqini, həmçinin kollektordakı təzyiqi ölçür.

İnjektor reykası: qazın hər bir silindrə ötürülməsi üçün nəzərdə tutulub.

Yanacaq dəyişdiricisi: qaz rejimindən benzin rejiminə və əksinə keçməyi təmin edir, balondakı qazın səviyyəsini göstərir.

Qaz idarəetmə bloku: müxtəlif datçiklərdən siqnallar alır, ötürülmə üçün lazım olan qaz miqdarını müəyyən edir.

Doldurucu qurğu: balonun doldurulması üçün nəzərdə tutulan qurğu.

Propan balonu: qazın saxlanması üçün nəzərdə tutulub.

Multiklapan: yanacaq doldurulmasına xidmət edir və onun geri qayıtmasının qarşısını alır, səviyyə indikatorundan və təhlükəsizlik qurğusundan ibarətdir.