EASY FAST DIRECT INJECTION EXR 4 SİLİNDİRLƏR CNG

EASY FAST DIRECT INJECTION ExR 4 sistemi birbaşa benzinlə işəyən 2-4 silindrli avtomobillərin qaz rejiminə keçidi üçün işlənib hazırlanmışdır. D.I. ExR idarəetmə blokunun köməyi ilə forsunkaların emulyasiyası yaxşılaşdırılmışdır, bunun sayəsində yanacaq sərfiyyatı optimallaşdırılmış və çirkli tullantıların atılması azaldılmışdır.


 
 

Doldurucu klapan: balonun doldurulması üçün nəzərdə tutulan klapan.

Metan balonu: qazın saxlanması üçün nəzərdə tutulub.

Qaz balonu klapanı: balonun doldurulması üçün nəzərdə tutulub, onun geri çıxmasının qarşısını alır, artıq təzyiqi yox edir.

Reduktor: qazın sistemə daxil olması üçün nəzərdə tutulan qurğu, təzyiqi işçi səviyyəyə qədər azaldır.

Filtr: qazı aşqarlardan təmizləyir.

İnjektor reykası: qazın hər bir silindrə ötürülməsi üçün nəzərdə tutulub.

Yanacaq dəyişdiricisi: qaz rejimindən benzin rejiminə və əksinə keçməyi təmin edir, balondakı qazın səviyyəsini göstərir.

Qaz idarəetmə bloku: müxtəlif datçiklərdən siqnallar alır, ötürülmə üçün lazım olan qaz miqdarını müəyyən edir.