EASY FAST DIRECT INJECTION 4 silindrli metan

 EASY FAST DIRECT INJECTION sistemi birbaşa benzinlə işəyən 2-4 silindrli avtomobillərin qaz rejiminə keçidi üçün işlənib hazırlanmışdır. Benzin forsunkalarının qurunması və emulyasiyası bu cür sistemə olan mühüm tələblərdəndir. Bu məsələləri həll etmək və idarəetmədən maksimum həzz alınmasını təmin etmək üçün bütün lazımi laboratoriya və yol sınaqları aparılmışdır.

Doldurucu klapan: balonun doldurulması üçün nəzərdə tutulan klapan.

Metan balonu: qazın saxlanması üçün nəzərdə tutulub.

Qaz balonu klapanı: balonun doldurulması üçün nəzərdə tutulub, onun geri çıxmasının qarşısını alır, artıq təzyiqi yox edir.

Reduktor: qazın sistemə daxil olması üçün nəzərdə tutulan qurğu, təzyiqi işçi səviyyəyə qədər azaldır.

Filtr: qazı aşqarlardan təmizləyir.

İnjektor reykası: qazın hər bir silindrə ötürülməsi üçün nəzərdə tutulub.

Yanacaq dəyişdiricisi: qaz rejimindən benzin rejiminə və əksinə keçməyi təmin edir, balondakı qazın səviyyəsini göstərir.

Qaz idarəetmə bloku: müxtəlif datçiklərdən siqnallar alır, ötürülmə üçün lazım olan qaz miqdarını müəyyən edir.