Tarixçə

Tarixçə

«Biz mobilliliyin gələcəyinə inanırıq, buna görə azadlıq və yüngüllükdən ilham almış sabitlik və təhlükəsizliyi yaratmaq qərarına gəldik».
Ottorino Lovato

1958-ci ildə Viçentsada Ottorino Lovatonun innovasiya ruhu ilə əsası qoyulmuş Officine Lovato lap əvvəldən innovasiya və sınaq mərkəzi kimi yaradılmışdır.  

 Texnoloji və mədəni irsin yaradılması Ottorinonun ölümündən sonra fasiləsiz olaraq onun ənənələrini davam etdirən övladları Rikkardo və Rozanna tərəfindən həyata keçirilir.   

Officine Lovato-nun adı 2007-ci ildə dəyişdirilərək Lovato Gas olmuş və bununla da daima bazar tələblərinə və texnoloji məqsədlərə cavab vermək iqtidarında olan çox elastik şirkətə çevrilmişdir. Lovato Gas mühərriklərin daima təkmilləşdirilməsi ilə və yeni ekoloji tələblərlə əlaqədar olan problemləri həll etməklə, çirkdəndirici maddələrin atılması üzrə son qaydalara müvafiq olaraq həm MNQ, həm də MTQ ilə işləyən avtomobillərin konversiyası üçün sistem və komponentlərinin tam spektrini təklif edə bilər.

Dünya üzrə Lovato Gas sistemləri ilə təchiz edilmiş 5 milyondan çox avtomobil etibarlılığı və quraşdırılma rahatlığı ilə seçilən məhsulun uğurlu olmasının əyani sübutudur.

Lovato Gas 2008-ci ildə Landi Renzi Group-a birləşməklə daha da böyümüşdür.

Lovato Gas şirkətinin bütün bazarlarda daima iştirak etməsi ölkə xaricində ümumi dövriyyənin 90% əldə etmək və müəssisənin ştatında ümumilikdə 110 işçinin saxlanmasına şərait yaratmışdır.