Sertifikat və keyfiyyət

Sertifikat və keyfiyyət

Lovato Gas bütün biznes proseslərinin idarəsində, həmçinin məhsuldarlığın artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədilə sertifikatlaşmanı və keyfiyyəti prioritet məsələlər kimi dəyərləndirir.  

Lovato Gas avtomobil bazarı üçün mühüm sertifikatları almışdır: ISO / TS 16949 Avtomobil sənayesi üçün keyfiyyətin idarə edilməsi sistemi və ISO 9001 Keyfiyyətin menecmenti sistemi.        
ISO / TS 16949 – Lovato Gas üçün təchizat xəttini, sertifikasiya prosesini yaxşılaşdırmaq, tullantıların həcmini azaltmaq, qüsurları müəyyən etmək və MTQ və MNQ sistem və komponentlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün şərait yaradan, IATF International Automotive Task Force tərəfindən müəyyən edilən texniki spesifikasiyadır. Bundan başqa, keyfiyyətin bizim üçün prioritet olmasının sübutu olaraq, ISO 9001 standartı Lovato Gas məhsullarının Sifarişçinin aşkar və gizli tələblərinə cavab verməsinə zəmanət verərək, bütün biznes proseslərinə tətbiq olunur.  

Lovato brendi altında istehsal olunan hər bir məhsul təhlükəsizlik sınaqlarını və məhsulun 100% funksionallığı üzrə keçirilən sınaqları özündə birləşdirən bir neçə keyfiyyətə nəzarət mərhələsindən keçir. Bu yanaşma yüksək keyfiyyət standartlarını əldə etməyə və Lovato şirkətini uğurlu olmasına şərait yaratmışdır!