QBA-nın quraşdırılması

QBA-nın quraşdırılması

QBA QURAŞDIRILMASI

Beləliklə, siz avtomobilinizə qaz avadanlığının quraşdırılması qərarına gəldiniz. QBA istifadəsi üzrəm müsbət təcrübəyə malik olmuş və ya olanlar üçün belə qərarın qəbul edilməsi asan məsələdir, lakin bu məsələyə birinci dəfə müraciət etmiş şəxsə biz kömək etməyə çalışacağıq. QBA quraşdırma mərkəzinin seçilməsi üçün bu səhifəyə müraciət etmək lazımdır

 

QBA QURĞUSU NƏYƏ LAZIMDIR

Burada ilk baxışdan hər şey aydındır – yanacaq xərclərinə qənaət etmək üçün (qənaətinizi kalkulyatorda hesablayın). QBA quraşdırdıqdan sonra dərhal qənaət etməyə başlamaq lazım deyil. Keyfiyyətsiz avadanlıq və ya onun səhv quraşdırılması ona səbəb olacaq ki, maşınınızın qazla işləməsi əvəzinə siz sadəcə doldurulmuş qaz balonunu daşıyacaqsınız. QBA nə qədər çox qənaət etmək istəsəniz, sizin üçün belə demək mümkündürsə QBA quraşdıran servis mərkəzinə    bir o qədər tez-tez müraciət edəcəksiniz.

Ümumiyyətlə, avtomobilə keyfiyyətli qaz avadanlığını quraşdırsanız, quraşdırma xərcləri tez bir zamanda ödənəcək, əgər texniki xidmət vaxtında edilsə sistem uzun müddət ərzində işləyəcək.

Qayda №1: Düzgün seçilmiş və sazlanmış qaz avadanlığı quraşdırılmış avtomobil yanacağa görə ən azı iki dəfə az pul ödəmək imkanı istisna olaraq istifadə cəhətindən benzinlə işləyən avtomobildən fərqlənməməlidir.

AVTOMOBİLƏ QAZ AVADANLIĞI QURAŞDIRILANA QƏDƏR NƏYİ BİLMƏK LAZIMDIR 

Вопросы перед установкой ГБО

Hansı QBA seçilməsi ilə bağlı düzgün qərarın  seçilməsinə kömək edəcək bir neçə qeyd:

  • Qazla işləyən avtomobil QBA quraşdırılandan sonra əvvəlki vəziyyətindən fərqlənir. Əsas fərq elə qaz balonunun olmasından ibarətdir, o mənada yox ki, bu təhlükəlidir, sadəcə balonun olması ilə. Yəni QBA quraşdırmazdan öncə fikirləşmək lazımdır ki, avtomobilin yük yerini çox da məhdudlaşdırmamaq üçün hansı QBA-nı və hara quraşdırmaq lazımdır. Əgər siz avtomobilinizdə xizək kimi uzun alətlər daşımırsınızsa, silindrik qaz balonunu arxa oturacaqların arxasına yerləşdirmək olar (bu minik avtomobillərinə aiddir, yük maşınları üçün isə adətən hər şey ya çox mürəkkəb ya da sadə olur), bu ən rahat və ucuz başa gələn metoddur.
    Alternativ kimi adətən ehtiyat təkərinin yerində yerləşən toroidal balonlardan istifadə olunur, bu üsul daha bahalıdır, amma əksər hallarda daha rahatdır, çünki ehtiyat təkərini baqaj yerində yerləşdirmək və ya təkər təmiri ləvazimatlarından istifadə etməklə ümumiyyətlə götürmək olar.
  • Hansı QBA seçmək lazımdır? Birincisi, hansı nəsil QBA quraşdırılması barədə düşünmək lazımdır. Əgər sizin avtomobiliniz karbüratorludursa (bəli təəccüblənməyin, onlar hələ də mövcuddur), sizin üçün uyğun olan 1-ci nəsil QBA olacaq. Bəzi sadə injektorlu avtomobillərə də oxşar sistemi – 2-ci nəsil QBA quraşdırmaq olar. Bu ucuz başa gəlir, lakin heç də həmişə yaxşı nəticələr vermir. Beləliklə, əgər siz müasir injektorlu avtomobilin sürücüsüsünüzsə, ən yaxşı variant 4-cü nəsil QBA-dır. QBA nəsilləri barədə daha ətraflı məlumtı buradan əldə edə bilərsiniz.
  • Bazarda brend markalı, əksər hallarda İtaliya istehsalı olan, Lovato QBA kimi qaz avadanlıqları var. Həmçinin belə demək olarsa salat tipli qaz avadanlıqlarına rast gəlmək olar, onlar da öz növbəsində keyfiyyətli komponentlərdən təşkil olunan və adətən çin və ya türkiyə istehsalı olan çox keyfiyyətsiz qaz avadanlıqlarına bölünür.

 

Qaz-balon avadanlıqlarının brend sistemləri onunla fərqlənirlər ki, bir-biri ilə əla balanslaşdırılmış eyni istehsalçının komponentlərindən təşkil olunublar. Bu sistemlər bir qədər bahalı olsa da çox keyfiyyətlidir, və ən əsasın, sazlama üzrə işlərin böyük hissəsi ilkin parametrlərin ideal şəkildə seçilməsi ilə sistem istehsalçısı tərəfindən həyata keçirilmişdir. İstehsalçı gözəl şəkildə bilir ki, onun sisteminə hansı reduktorlar və forsunkalar quraşdırılır və bu bilikləri qaz sisteminin idarəetmə elektron blokunun sazlamalarında tətbiq edir.

Sınaqda keçirilmiş komponentlərdən ibarət olan salat sistemləri də quraşdırma üçün yararlıdır, lakin onlar quraşdırıcıdan daha çox peşəkarlıq tələb edirlər. Çünki bu sistemlərin kalibrlənməsi demək olar ki, əl rejimində aparılır, çünki bu cür sistemlər üçün elektronikanın istehsalçıları həmin elektronika ilə hansı reduktor və forsunkaların istifadə olunacağı barədə xəbərsizdirlər. Və onların edə biləcəyi yeganə şey ondan ibarətdir ki, mühərrikin bütün iş rejimlərində qaz ötürülməsinin idarəçiliyinin necə aparılmasını quraşdırıcıya həvalə etsinlər.

Üçüncü növ – çin istehsalı salat sistemləri və brend sistemlərinin saxta variantları – bu risk zonasıdır, şirniklənmək lazım deyil, çətin ki, siz bu cür qaz-balon avadanlığının istifadəsindən məmnun qalacaqsınız. Yəqin ki, siz narazılıq ifadə edən və avtomobillərin qazla normal idarə olunmasının mümkün olmamasını bildirən insanların sıralarını artıracaqsınız.

Yadda saxlayın – avtomobilinizə qaz avadanlığını quraşdırmaq istəyirsinizsə - komplektlərin qiyməti çox aşağı olmamalıdır, əks təqdirdə onlar saxtadır!

AVTOMOBİLİ QAZ-BALON AVADANLIĞININ QURAŞDIRILMASINA NECƏ HAZIRLAMAQ LAZIMDIR

Подготовка к установке ГБО

Çətin heç nə yoxdur:

  • Qayda №2: Avtomobil tamamilə saz vəziyyətdə olmalıdır, xüsusilə də yanacaq ötürülməsi sahəsində. Əgər avtomobilin benzinlə işləməsinə iradınız varsa: avtomobil səhərlər pis işə düşür, işıqforlarda mühərrik sönür, bəzən ”tullanır”, «Check Engine» lampası yanırsa, qaz-balon avadanlığını quraşdırmazdan öncə servisə müraciət edib bu nasazlıqları aradan qaldırmaq lazımdır. Qazdan istifadə zamanı problemlərin olmamasına ümid edirsinizsə, yanılırsınız. Əsəblərinizi korlayıb quraşdırıcının vaxtını sərf etməklə əvvəlcədən nasaz olan avtomobilin sazlanmasına cəhd göstərməyin, heç nə alınmayacaq!
  • Yük yerində daşıdığınız hər bir şeyi: alətləri və s. qarajda qoyun, yoxsa birdən nəyisə unudub yerinə qoymazlar  .
  • 3. QBA avadanlığı quraşdırılmazdan öncə avtomobilinizi yuyun, əsasən də xaricdən. 4-cü nəsil və ya istənilən digər nəsil QBA quraşdırılması prosesində usta sizin avtomobilinizə söykənməli olacaq. Bu zaman ustanın paltarı ilə kirin təması nəticəsində avtomobilinizin boya örtüyü zədələnə bilər. Quraşdırıcıları da düşünmək lazımdır, onlar hər şeyi daha tez və keyfiyyətli edəcəklər!

QBA QURAŞDIRILMASI MƏRKƏZİNİ NECƏ SEÇMƏK LAZIMDIR

Выбор сервиса установки ГБО

Qəliz məsələdi.

  • Birincisi – dost-tanışınızdan soruşun, bəlkə kiminsə müsbət təcrübəsi olub, niyə də istifadə etməyəsiniz.
  • Əgər belə imkan yoxdursa, internetə müraciət etmək olar.

 

Məsləhətlər:

  • Çoxlu saydı avtomobil qaz sistemlərini quraşdıran servislərə müraciət etməyin. Eyni anda bir çox sistemlər üzrə peşəkar olmaq çətindir. Onların hamısı özünəməxsus xüsusiyyətlərə malikdir, əgər usta sizə desə ki, nə istəsəniz onu da quraşdıracaq, çox ehtimal ki, onun bilikləri səthidir. Yaxşı usta sizə hansı sistemin uyğun olacağını və hansını quraşdırmağı bacardığını özü deyəcək.
  • Eyni sistemi daha ucuz qiymətə quraşdırmağı təklif edən servislərin təklifi ilə razılaşmayın. Təəssüflə qeyd edək ki, möcüzə baş verməyəcək, ya sizə keyfiyyətsiz qaz sistemini “soxuşduracaqlar” ya da qaz avadanlığının quraşdırılması qiymətində “endirim” edəcəklər ki, siz bunu qaz avadanlığının istismarı zamanı mütləq şəkildə hiss edəcəksiniz.
  • Servisin internet səhifəsində çoxsaylı iş nümunələrini görsəniz aldanmayın. Əgər siz şəkildə QBA quraşdırılmış Porsche avtomobilini görürsünüzsə, bu hələ o demək deyil, ki həmin maşın qazla işləyə-işləyə servisdən çıxıb uzaq məsafə qət edə bilib. Foto şəkilləri montaj edirlər, amma sonradan sazlamaq alınacaq yoxsa yox, bax bu mühüm məsələdir.
  • Servisə zəng vurub usta ilə danışın. Hansı sistemi və necə məsləhət gördüyünü öyrənin. Əgər imkan varsa gedib görüşmək daha yaxşı olardı, həm də servisdəki vəziyyətlə də tanış olarsınız. Əgər orda narazı müştərilər izdihamı varsa....
  • Rəylərlə tanış olun, amma servis saytında yox. Amma burada diqqətli olmaq lazımdır, adətən insanlar hər şey yaxşı olanda rəy vermirlər, ancaq işlər keyfiyyətsiz görülərsə, özünüzü gözləyin. Beləliklə, məhz nəyin narazılığa səbəb olması və bu cür rəylərin nə qədər olması ilə tanış olun.
  • Bu və ya digər qaz sisteminin satıcının saytına baxın. Onların bəziləri QBA-nın hara quraşdırılmasını tövsiyə edirlər, uzaq başı qaz-balon avadanlığının təchizatçısına müraciət etmək olacaq. Əgər tövsiyə edirlərsə, qoy kömək etsinlər.

 

AVTOMOBİLƏ QAZ-BALON AVADANLIĞINI QURAŞDIRMAZDAN ÖNCƏ NƏ BARƏDƏ SORUŞMAQ LAZIMDIR

Что нужно знать до установки ГБО

 

Siz artıq servisdəsiniz. Aşağıdakı sualları vermək lazımdır:

  • Hansı balonu və hara quraşdıracaqlar?
  • Balonun həcmi nə qədərdir və onu neçə litr doldurmaq lazımdır?
  • YDQ harada və nəyə görə məhz orada quraşdırılacaq? Benzin boğazlığının yanında lyukda qurşadırmağı xahiş edin.
  • Hansı multiklapan quraşdırılacaq? Elektromaqnit klapanlı Evro-nun quraşdırılmasına təkid edin. Bu bir az bahadır amma daha etibarlıdır.
  • 4-cü nəsil QBA qurğusu avtomobilinizə uyğundurmu? Sizə hansı sistem qoyulacaq? Bütün komponentlər həmin sistemindirmi?
  • TB hansı tezliklə və harada keçmək lazımdır? Adətən 10 000 –15 000 kmbir keçmək lazımdır.
  • Qaz sərfiyyatı nə qədər olacaq? Benzinlə müqayisədə 10-15% çox olmalıdır. Əgər desələr ki, benzinlə eyni həcmdə olacaq, buna nail olmağa cəhd göstərsinlər. Bu cür cavab sizi şübhələndirməlidir.
  • Yanacaq dəyişdiricisi harada quraşdırılacaq? Mühüm məsələdir, əgər siz cihaz panelində deşik açmaq istəmirsinizsə, başqa variantın tətbiqinə təkid edin. Təəssüflər olsun ki, bəzən başqa variantı tapmaq çətin olur.
  • Qaz avadanlığının zəmanət müddəti nə qədərdir?

 

QAZ-BALON AVADANLIĞI QURAŞDIRILDIQDAN SONRA AVTOMOBİLİ GÖTÜRMƏYƏ GƏLMİSİNİZ

Автомобиль после установки ГБО

Yenə də söhbət üçün mövzu var:

  • QBA əsas komponentlərinin: reduktor, qaz forsunkaları, idarəetmə blokunun harada olmasını göstərməyi xahiş edin. Başqa servisə müraciət edəndə dadınıza çatacaq.
  • Filtrasiya elementləri – QBA filtrləri harada yerləşib.
  • Qaz sisteminin cərəyanını kəsən qoruyucular harada yerləşib.
  • Servis kitabının doldurulmasını və QBA satıcısının saytında QBA qeydiyyatının aparılmasını yoxlayın.

 

Daha nə qaldı? Demək olar ki, heç nə. Qazla işləyən avtomobili istifadə edin və məzuniyyətə və ya başqa faydalı şeylərə xərcləyə biləcəyiniz pullara qənaət edin.

QAZ İYİNƏ DİQQƏT EDİN!!!

Qayda №3: Qaz avadanlığı quraşdırılmış avtomobilin istismarı zamanı qaz iyi olmamalıdır (yanacaqdoldurma stansiyasında doldurma tapançasının ayrılması zamanı gələn iydən başqa). Əgər qaz iyini hiss etsəniz, dərhal benzin rejiminə keçin, balonu əl ventili ilə bağlayın və nasazlıq aradan qaldırılmayana qədər QBA istifadə etməyin.