QBA nəsilləri

QBA nəsilləri

“QBA nəslinin” hər-hansı rəsmi tərifi mövcud deyil. Hər bir şirkət onu özünəməxsus şəkildə şərh edir. Hamı üçün ortaq cəhət ondan ibarətdir ki, müasir qazötürücü sistemlər QBA 4 nəslinə aiddir.

Beləliklə, qaz avtomobil bazarının tarixində qaz sistemlərinin paylanmasını necə anlamağımız nöqteyi-nəzərindən QBA nəslini təsvir edək.

1 NƏSİL QBA


Qaz sistemlərinin 1-ci nəslinə karbürator tipli ilk qaz sistemləri aiddir. Onlar karbüratorlu avtomobillər üçün nəzərdə tutulmuşdur, reduktor və qarışdırıcıdan ibarət idilər, həmçinin buraya yancaq növlərinin sadə dəyişdiricisi əlavə olunurdu.

Dərhal demək istərdik ki, təbii ki, qaz sistemi yalnız avtomobilin kapotu altındakı detallardan deyil, həmçinin balondan, multiklapandan, şlanqlardan, qaz borularından və s. ibarətdir (avtomobilin qaz sisteminin nədən ibarət olmasına baxın). Nəzərə alsaq ki, bütün bu hissələr bütün sistemlər üçün eynidir, biz onlar barədə bu bənddə danışmayacağıq.

Birinci nəsil qaz avadanlığı karbüratorlu avtomobillər üçün idealdır, əslində bu elə qaz karbüratorlarıdır. Bundan başqa, qazın mühərrikə qazabənzər firmada daxil olması səbəbi ilə qaz karbüratoru qurğusu benzin qurğusu ilə müqayisədə daha sadədir və etibarlıdır. Bu cür avadanlıqlar karbüratorlu avtomobillər dövründə bütün tapşırıqların öhdəsindən layiqincə gəlirdi.

Lovato Gas (Lovato əmtəə nişanı) firmasının istehsalı olan komplektlərə 1-ci nəsil QBA daha çox populyar və etibarlı avadanlıq kimi məşhur olmuş və indi də məşhur olmaqdadır (nə qədər qəribə olsa da, biz hələ də birinci nəsil sistemlərini satırıq). Quraşdırıcılar öz aralarında birinci və ikinci nəsil sistemlərini Ənənəvi sistemlər adlandırırlar (Ənənəvi qaz sistemləri).

Avtomobillər inkişaf edirdi, karbüratorlu avtomobillər injektorlu avtomobillərlə əvəzləndi. Qaz-balon avadanlığı ilk dövrlərdə öz konstruksiyasını dəyişmədən injektorlu maşınlara uyğunlaşmağa cəhd göstərdi …

2 NƏSİL QBA

ГБО 2 поколения

2 nəsil QBA meydana çıxdı – bu injektorlu avtomobillərə uyğunlaşdırılmış karbüratorlu qaz sistemidir. 2-ci nəsil QBA reduktor və qarışdırıcı qurğudan ibarət olmuşdur, yəni ideya ondan ibarət idi ki, qazla işləmə zamanı injektorlu benzinlə işləyən avtomobil qazla işləyən karbüratorlu avtomobilə çevrilmiş olsun.

Zaman keçdikcə 2 nəsil QBA karbürator avadanlıqlarına yanacağın elektron dozatoru daxil edildi. Qaz avadanlığının daxilinə addımlı elektromotor quraşdırıldı ki, o avtomobilin oksigen datçikinin göstəricilərindən asılı olaraq qaz qarışığını bir qədər korrektə etməyi bacarırdı – onu ya zənginləşdirir ya da zəifləşdirirdi. Lovato məhsulları xəttində bu sistemə LovEco adı verilmişdir.

2-ci nəsil QBA, injektor avtomobilində quraşdırılmış 1-ci nəsil kimi müsbət və mənfi cəhətlərə malikdir. Əsas üstünlük qiymət ucuz olmasında idi. 2-ci nəsil QBA, 1-ci nəsil avadanlıqları kimi daha ucuz və əlçatan idi.

Onların əsas mənfi cəhəti yanacaq dozasiyasının o qədər də dəqiq olmaması, həmçinin “Pambıq” adlanan effekt idi. 1 və 2 nəsil avadanlıqlarında qaz hava ilə drossel qapağına çatmamış qarışırdı və avtomobilin çıxış kollektorunda alışmaya hazır olan qaz-hava qarışığı yaranırdı. Yanma sistemində cüzi nasazlıq baş verən kimi qarışıq asanlıqla alışırdı və yanma nəticəsində əmələ gəlmiş qaz mühərrikin əks istiqamətində hərəkət etməklə qarşısına çıxan datçikləri dağıdırdı. Əksər hallarda bu hava filtrinin qutusunun dağılması ilə nəticələnirdi.

Qaz-balon avadanlıqlarının istehsalçıları anlayırdılar ki, müasir injektorlu avtomobillərdə daha yaxşı adaptasiyanı təmin etmək üçün avadanlığın təkmilləşdirilməsi vaxtı gəlib çatıb.

3 NƏSİL QBA

ГБО 3 поколения

İlk qazötürücü avadanlıq kifayət qədər mürəkkəb konstruksiyalardan ibarət idi ki, onların beyni kimi avtomobilə yanacağın ötürülməsi üçün nəzərdə tutulan kompüter çıxış edirdi. 3-cü nəsil QBA avadanlıqları avtomobilin kifayət qədər çoxlu sayda olan datçiklərindən məlumat toplayırdı və əldə edilən məlumatlar əsasında qaz qarışığını formalaşdırırdı, yəni lazım olan məqamda və anda qaz forsunkalarını açıb-bağlayırdı.

3-cü nəsil QBA müsbət cəhəti ondan ibarət idi ki, onlar gələcəkdə 4-cü nəsil QBA quraşdırılmasının mümkün olmadığı avtomobil modelləri üçün, məsələn benzinin mexaniki şəkildə ötürülməsi sistemi ilə təchiz edilmiş dörd və ya beş silindrli mühərriklərə malik olan Audi 80 və 100 avtomobilləri və ya monoötürücülü benzin avtomobilləri üçün uyğun idilər.

3-cü nəsil QBA sistemlərinin mənfi cəhəti ondan ibarət idi ki, onlar çoxsaylı avtomobil datçiklərinin qoşulmasını tələb edirdilər, müxtəlif avtomobil növlərində isə əksər datçiklər müxtəlif siqnallara malikdir və əksər hallarda qaz kompüteri onları emal edə bilmirdi.

Bu məhdudiyyətlər, həmçinin 3-cü nəsil QBA kifayət qədər baha qiymətləri həmin avadanlığın populyarlıq qazanmamasına səbəb oldu. Lakin buna baxmayaraq, şirkətimiz nəzarət cihazları A.E.B. şirkəti tərəfindən istehsal olunmuş 3-cü nəsil QBA-nın 100 çox injektorlu qaz sistemlərini quraşdırmışdır. Biz öz növbəmizdə injektorlu avtomobillərin iş prinsipi sahəsində zəngin təcrübə və biliklər əldə etdik.

3-cü nəsil qaz avadanlığının çatışmazlıqlarını təhlil edərkən, qaz avadanlıqlarının istehsalçıları daha universal qaz sisteminin yaradılması barədə düşünməyə başladılar. Məsələ öz həllini tapdı və dördüncü nəsil QBA meydana çıxdı.

4 NƏSİL QBA

ГБО 4 поколения

4 nəsil QBA bugünkü gündə daha çox yayılmış və populyarlıq qazanmış avadanlıqlardandır. Demək olar ki, bütün müasir benzinlə işləyən injektorlu avtomobillər üçün uyğundur, quruluşuna görə sadədir, lakin bununla yanaşı kifayət qədər yaxşı xarakteristikaları təmin edir.

4-cü nəsil QBA 3-cü nəsildən başlıca fərqi ondan ibarətdir ki, qaz-balon avadanlıqlarının istehsalçıları yanacaq ötürülməsinin tam idarəçiliyinin öz üzərilərinə götürməmək qərarına gəlmişlər və bu funksiyanı avtomobilin benzinli ştat nəzarətçisinin öhdəsinə qoymuşlar.

Benzin idarəetmə bloku avtomobil datçiklərindən bütün informasiyanı alır və yanacaq ötürülməsini, yəni benzin forsunkalarının açılmasını idarə edir. Avtomobil qaz rejiminə keçərkən qaz sisteminin kompüteri benzin forsunkalarına gedən benzinin verilməsini dayandırır. Benzin forsunkalarına istiqamətlənmiş benzin nəzarət cihazının əldə olunan giriş siqnalları qaz xüsusiyyətlərindən (temperatur və təzyiq) asılı olaraq modifikasiya olunur  və qaz forsunkalarına göndərilir. Bununla da 4-cü nəsil QBA avadanlıqlarının universallığına və eyni zamanda yanacaq ötürülməsinin dəqiqliyinə nail olunmuşdur.

Bunu qaz-balon avadanlıqları sahəsində bir tərəqqi kimi qəbul etmək olar və 4-cü nəsil QBA meydana çıxması ilə injektor qaz sistemləri birinci və ikinci nəsil qaz karbürator avadanlıqlarını aktiv şəkildə sıxışdırmağa başladılar. Bugünkü gündə satışa çıxarılmış qaz-balon avadanlığının 70% 4-cü nəsil QBA-dır. 

Demək olar ki, bütün istehsalçıların 4-cü nəsil QBA eynidir, onların yalnız icra mexanizmləri, forsunkaları və reduktorları, həmçinin qaz nəzarət cihazlarının bəzi servis funksiyaları fərqlidir.

Zaman keçdikcə qaz sistemləri verilənlərin mübadiləsi protokollarından istifadə etməklə benzin sistemləri ilə informasiya mübadiləsini həyata keçirməyə başladılar, bunun sayəsində qazın avtomobil mühərrikinə ötürülməsini dəqiqləşdirmək imkanı yarandı. Müasir Lovato məhsullarında 4-cü nəsil QBA sistemlərinə SMART ExRC-OBD II və E-Go aid etmək olar.

İndi isə daha çox mübahisə yaradan məsələ haqqında danışaq, 5, 6-cı nəsil QBA hansılardı, bəziləri hətta 7 və 8-ci nəsil QBA olduğunu uydurmuşlar. Əslində 4-cü nəsil QBA sistemlərindən sonra geniş yayılmış sistemlər mövcud deyil. Gəlin şirkətimiz daxilində istifadə etdiyimiz təsnifatı tətbiq edək.

5 NƏSİL QBA

ГБО 5 поколения

Biz 5-ci nəsil QBA-na avtomobillər üçün birbaşa benzin ötürülməsinə malik olan, Direct Injection adlandırılan sistemləri aid edirik. Bu avtomobillərin sadə injektorlu avtomobillərdən fərqi ondan ibarətdir ki, benzin forsunkaları benzinlə işləyən müasir avtomobillərin əksəriyyətində olduğu kimi giriş kollektorunda deyil, bilavasitə yanma kamerasında quraşdırılıb.

4-cü nəsil QBA benzinin ötürülməsini tam olaraq dayandırır və təxminən benzinin ötürüldüyü yerə qazın ötürülməsini təmin edir. Mühərrikin giriş klapanı açılanda benzin və hava qarışığı, əgər qazdan istifadə ediriksə, qaz və hava qarışığı mühərrikə daxil olur. Birbaşa benzin ötürülməsinə malik olan avtomobillər bizə bu imkanı vermir. Direct injection qaz sistemləri benzin forsunkalarının soyumasını təmin etmək üçün daha böyük miqdarda benzini daima ötürmək məcburiyyətində qalır.

Sistemin qaz hissəsi prinsipcə 4-cü nəsil avadanlığı ilə eynidir. 5-ci nəsil QBA bir qədər mürəkkəbdir və zavod şəraitində kalibrlənmələrinə ehtiyac var, bu da onların istifadə dairəsini daraldır. Yəni, əgər qaz balon avadanlığının istehsalçısı konkret avtomobil üçün proqram təmin etməzsə, bu benzin mühərriki üçün 5-ci nəsil QBA istifadəsinin təhlükəsizliyinə zəmanət verən kalibrləmənin ikinci dərəcəli bazar şəraitində yaradılmasını mümkünsüz edir.

Müasir avtomobil istehsalçıları Direct Injection sistemlərini geniş şəkildə tətbiq edirlər və çoxsaylı istehsalçılar birbaşa benzin ötürülməsinə malik olan avtomobillər üçün qaz avadanlıqlarını istehsal edirlər, deməli qaz rejiminə keçirilməsi mümkün olan avtomobil markalarının sayı durmadan artmaqdadır.

İqtisadi nöqteyi-nəzərdən 5-ci nəsil QBA 4-cü nəslə uduzurlar, belə ki, onlar bir qədər bahalıdır və daima müəyyən qədər benzinin ötürülməsi zərurəti səbəbi ilə bu sistemlərin istifadəsinin iqtisadi effekti bir qədər zəifdir. Lakin avtomobil istehsalçıları bizə seçim yeri qoymurlar və beşinci fəsil qaz avadanlıqları tədricən güc toplayırlar.

İndi nəyimiz qaldı…

6 NƏSİL QBA

ГБО 6 поколения

6-cı nəsil QBA nəyi aid etmək olar??? Biz onları maye qaz ötürülməsi sistemləri adlandırırıq. 6-cı nəsil QBA fərqi ondan ibarətdir ki, onlarda reduktor yoxdur və maye qaz (propan) – DİQQƏT! – ya qaz, ya da benzin forsunkalarına çatır və onlardan keçməklə mühərrikə daxil olur.

Bir tərəfdən bu sistemlərin tətbiqinin aşkar üstünlükləri var – reduktor kimi mürəkkəb bir detal mövcud deyil və avtomobilin soyutma sisteminə qoşulmaq lazım deyil, bu da ilk baxışdan 6-cı nəsil QBA sistemlərinin daha etibarlı və sadə olmaları barədə təəssürat yaradır.

Lakin, təəssüflər olsun ki, bu belə deyil. Bu sistem qaz keyfiyyətinə qarşı çox tələbkardır və yerli qazın real vəziyyətində davamlı şəkildə mövcud ola bilmir. Yerli qazın təmizlənmə keyfiyyəti o qədər aşağıdır ki, 6-cı nəsil QBA tez tıxanır və sıradan çıxır.

Maye qaz ötürülməsi ilə işləyən ilk avtomobillər bizə Hollandiyadan gətirilmişdir. Təəssüflər olsun ki, bu cür qaz avadanlıqları iki-üç dəfə qazla doldurulduqdan sonra tıxanaraq sıradan çıxırdılar. Həmçinin, 6-cı nəsil QBA mənfi cəhətlərinə qaz balonunda qazımızın keyfiyyətsizliyi səbəbi ilə tez sıradan çıxan nasosun – kifayət qədər bahalı və qəliz qurğunun olmasını aid etmək olar.  

7 VƏ 8 NƏSİL QBA

ГБО 7 и 8 поколений

Əgər sizə 7 və ya 8-ci nəsil, hətta 101-ci nəsil QBA təklif edirlərsə, bu sadəcə yuxarıda göstərilən sistemlərdən biridir, onu sizə təklif edən şəxslərin isə sadəcə bu məqalənin müəllifi ilə müqayisədə fantaziyaları daha çox inkişaf edib.

Bir daha diqqətinizi buna yönəldirik ki, hal-hazırda 1-ci, 2-ci və 4-cü nəsil QBA sistemləri bütün qaz-balon avadanlığının 99.5% təşkil edir. Yerdə qalan 0.5 faiz isə birbaşa qaz ötürülməsi sistemi, yəni 5-ci nəsil QBA-dır. 

Ümid edirəm ki, bu məlumatlar sayəsində siz qaz-balon avadanlığının satışı ilə məşğul olanların reklam prospektlərinə daha yaxşı bələd olacaqsınız və onların kələklərinə aldanmayacaqsınız.