Nə üçün QBA

Nə üçün QBA

QBA NƏDİR     

QBA nədir – avtomobillər üçün nəzərdə tutulan qaz balon avadanlığıdır. Avtomobil istehsalçılarının buraxdığı əksər nəqliyyat vasitələri dizel və ya benzinlə işləyir – bu ən populyar yanacaq növləridir, lakin bununla yanaşı ən bahalı yanacaqlardır.

 Qaz real olaraq əlçatan olan, ən əsası isə alternativ (QBA istifadəsində qənaəti hesablamaq) yanacaq növüdür. QBA avtomobillərdə istifadəsi iki əsas məqama söykənir: qənaət və ekologiya.

Qənaət – qaz benzindən ucuzdur, bu avtomobillərinə qaz avadanlığını quraşdırımaq qərarına gəlmiş əksər avtomobil həvəskarı üçün həlledici məqamdır. Əgər siz QBA quraşdırmaq qərarına gəlmisinizsə - QBA qurğusunun qiymətinin hesablanması və quraşdırma mərkəzində yazılmaq üçün aşağıdakı link üzrə keçid edin.

Ekologiya – ABŞ və Almaniya kimi ölkələr üçün ekologiya əsas amildir. Qazla işləyən avtomobillərdə qaz çıxışı benzinlə, ələlxüsus dizellə işləyən avtomobillərlə müqayisədə daha təmizdir, buna görə də, həmin ölkələrin hökumətləri nəqliyyatın qaz yanacağına keçidi istiqamətində aktiv işlər görürlər. Bizim ölkəmizdə isə qaz yanacağına keçidin əsas səbəbi qənaətdir, qaz daha ucuzdur.

QAZ-BALON AVADANLIĞININ TARİXİ

История газобаллонного оборудования

Qaz-balon avadanlığını tətbiq ilk ölkə İtaliyadır. 50 il bundan qabaq İtaliyanın şimalında əksər ailə şirkətləri benzinlə işləyən avtomobillərin qaz yanacağına keçidi üçün komponentlərin istehsalına başladılar. İtaliya indi də avtomobillər üçün qaz avadanlığının və yeni qaz texnologiyalarının əsas təchizatçısı olaraq qalır.   Lovato brendinin tarixçəsi.

Son zamanlar bu estafetə Polşa, Türkiyə, Çin və Litva kimi ölkələrə də qoşulmuşdur. Bugünkü gündə avtomobillər üçün qaz avadanlıqlarını ən çox istifadə edən İtaliyadan başqa, QBA ilə təchiz olunmuş avtomobillərə Polşada, Rusiyada, Ukraynada, Cənubi Amerika ölkələrində, Hindistanda, Çində və Avstraliyada rast gəlmək olar. Bu ölkələrin çoxunda avtomobil istehsalçıları bilavasitə konveyerdə ya tam olaraq qazla işləyən, yada iki yanacaqlı (məsələn, benzin və qaz) avtomobilləri istehsal edirlər.

AVTOMOBİLLƏR ÜÇÜN QAZ AVADANLIQLARI SİSTEMİNİN NÖVLƏRİ

Типы систем газового оборудования для автомобилей

Qaz-balon avadanlığı istifadə olunan qaz növündən asılı olaraq iki növə ayrılır. Propan və butan qatışıqlarını istifadə edən propanlı QBA sistemləri ölkəmizdə daha çox yayılmışdır. Bu sistemlərin üstünlüyü nisbətən ucuz avadanlığa və ölkəmizin bütün ərazisini əhatə edən geniş yanacaqdoldurma şəbəkələrinə əsaslanır.

Qaz yanacaqdoldurma stansiyaları mümkündür ki, benzin stansiyaları kimi parlaq və gözəl deyillər, lakin ölkəmizin istənilən regionunda qaz yanacaqdoldurma stansiyasını tapmaq çox asandır. Avtomobil üçün propanlı qaz avadanlığının əlavə üstünlükləri – iki növdən ibarət olan qaz balonları: ehtiyat təkərin yerinə yerləşdirilə bilən silindrik və toroidal qaz balonları.

Avtomobil üçün QBA ikinci növü metanlı qaz sistemləridir. Metanlı avadanlıq daha bahalıdır, lakin metanın istifadəsi daha sərfəlidir, belə ki, o propandan ucuzdur. Metanın mənfi cəhətləri: birincisi, ağır və bahalı metan balonları, ikincisi isə metan yanacaqdoldurma stansiyalarının zəif inkişafı.

QAZ AVADANLIĞININ İŞ PRİNSİPİ

Принцип действия газового оборудования на авто

QBA sistemləri öz iş prinsipinə görə ənənəvi və injektorlu sistemlərə bölünür.

Ənənəvi QBA əsasən karbüratorlu avtomobillər üçün nəzərdə tutulub və karbürasiya prinsipindən istifadə edir. Mühərrikə daxil olan hava xüsusi qarışdırıcıdan keçir və lazımi qaz miqdarını sorur – sürücü qaz pedalına nə qədər möhkəm basarsa drossel qapağı bir o qədər çox açılır və bununla da mühərrikə daha çox hava daxil olur, bu isə həmin hava ilə birlikdə daha mühərrikə daha çox qazın sorulmasına səbəb olur.

İnjektorlu qaz avadanlığı benzinli injektor sistemi ilə eyniyyət təşkil edir, yəni qaz mühərrikə QBA elektronikası tərəfindən idarə olunan qaz forsunkaları vasitəsilə daxil olur. İnjektorlu qaz avadanlığının əsas iş prinsipi – avtomobilin ştat elektronikası üçün görünməz qalmaq, yəni avtomobilin idarəetmə bloku benzin əvəzinə alternativ yanacağın istifadəsində xəbərsiz olur.

QBA TƏHLÜKƏSİZLİYİ

Безопасность ГБО

“Qaz” sözü özü-özlüyündə təhlükəlidir, buna görə də qaz sistemlərinin istehsalçıları öz sistemlərinin təhlükəsizliyinə böyük önəm verirlər.

Qaz balonunun armaturu yanğın, qəza və elektromaqnit klapanları, həmçinin qaz magistralının qırılması nəticəsində qaz axınını bağlayan klapanla təchiz olunub. Benzindən istifadə olunduqda və maşın mühərriki dayandıqda avtomobilin kapotunun altında qaz-balon elektronikası dərhal qazın verilməsini dayandırır. QBA iş prinsipinin və təhlükəsizliyinin ətraflı təsvirinə burada baxa bilərsiniz.

Bütün QBA komponentləri mütləq şəkildə sertifikasiya olunurlar və onların təhlükəsizliyini təsdiqləyən çoxsaylı sınaqlardan keçirlər. İkinci dərəcəli bazarlarda quraşdırılan avtomobillərdəki qaz-balon avadanlıqları üçün təhlükəsizlik standartları avtomobil istehsalçıları tərəfindən istehsal edilən qazla işləyən avtomobillər üçün olan standartlarla eynidir. Avtomobilinizə QBA quraşdırmaqla siz əmin ola bilərsiniz ki, qaz avadanlığı bilavasitə konveyerdə quraşdırılmış qazla işləyən avtomobilin sahibi kimi mühafizə olunursunuz.

Avtomobildə qaz avadanlığının istifadəsi haqda bəzi fikirlər mövcuddur. Əslində bu mifdən başqa bir şey deyil. QBA haqqında ən çox yayılmış miflərin təkziblərinə baxın.

AVTOMOBİL ÜÇÜN QBA SİNİFLƏRİ

Классы ГБО на авто

Qaz-balon avadanlığı bir neçə sinfə bölünə bilər.

Birinci sinfə belə demək olarsa, brend sistemləri aiddir. Bunlar yalnız bir istehsalçı tərəfindən təchiz olunan və bir istehsalçının komponentlərindən ibarət olan QBA-dır. Təbii ki, bu avadanlıq ən yaxşı və ən balanslaşdırılmış avadanlıqdır. Bu cür sistemin hər bir komponenti qonşu komponentin necə işləməsindən xəbərdardır və bu informasiyanın istifadəsi ən yaxşı xarakteristikalara nail olmağa imlan verir: maksimum qənaət və minimum güc itkisi.

İkinci sinif – “salat” tipli QBA sistemlər. Buna misal olaraq bir komplektə yığılmış müxtəlif istehsalçıların komponentlərinin adətən satıcı tərəfindən uydurulmuş bir ad altında satılmasını göstərmək olar. Bu “salat” sistemlərini iki altsinfə bölmək olar:

  • Kifayət qədər yüksək keyfiyyətli İtaliya istehsalı olan komponentlərdən yığılmış sistemlər;
  • əsasən Türk və ya Çin istehsalı olan komponentlərdən ibarət olan sistemlər.

                                          

Təbii ki, sonuncu variantın keyfiyyəti daha aşağıdır.

Və nəhayət dördüncü sinfə brend qaz avadanlıqlarının Çində istehsal olunmuş, nisbətən yaxın keçmişdə meydana çıxmış saxta avadanlıqları aid etmək olar. Bu QBA keyfiyyəti barədə danışmaq ümumiyyətlə yersizdir.

AVTOMOBİLLƏR ÜÇÜN QAZ-BALON AVADANLIĞININ MÜASİR TENDENSİYALARI

Тенденции газобаллонного оборудования на авто

 

Hal-hazırda, ənənəvi və injektorlu avadanlıqdan başqa yeni inkişaf istiqamətləri meydana çıxmışdır. Bunlar dizel qaz sistemləri, qaz-dizellərdir. Başqa sözlə desək, dizellə işləyən avtomobillərdə qazdan istifadə.

Bu cür QBA sistemlərində qaz əsas yanacaq olan dizellə birlikdə mühərrikə ötürülür. Qaz-dizel avadanlığından istifadə yanacağa çəkilmiş xərcləri azaltmaq imkanını yaradır, bu xüsusilə magistral dartıcılarda istifadə üçün aktualdır.

İkinci müasir istiqamət benzinin birbaşa vurulması ilə benzinlə işləyən avtomobillərdə qazdan istifadədən ibarətdir. Bu müasir avtomobillərdə benzin forsunkaları bilavasitə mühərrikin yanma kamerasında quraşdırılıb. Bu cür maşınlara quraşdırıla bilən QBA həmçinin qazın və benzinin eyni zamanda verilişini təmin edir.

Daha bir yeni istiqamət qaz və avtomobil idarəetmə sistemləri arasında əlaqələrin möhkəmləndirilməsindən ibarətdir. Müasir qaz-balon avadanlığı müəyyən protokollar vasitəsilə məlumatların ötürülməsi sistemləri ilə avtomobilin nəzarətçiləri ilə “ünsiyyət” qura bilirlər, bu da sürücünü məsələn bort kompüteri vasitəsilə baş vermiş nasazlıqlar və ya qaz-balon avadanlığının işində yaranmış qüsurlar barədə məlumatlandırmaq imkanını verir.