Lovato dünyada

Lovato dünyada

LOVATO GAS S.p.A. şirkəti yarım əsrlik fəaliyyət dövrü ərzində əsas nəticəsi qaz-balon avadanlığı sahəsində yeni məhsulların və praktiki həllərin işlənib hazırlanması olmuş bir sıra irihəcmli investisiyalar etmiş və çoxlu güc sərf etmişdir.

Öz məhsullarının inkişafına daim diqqət yetirməklə, bazardakı vəziyyətini tədricən möhkəmləndirən LOVATO GAS S.p.A şirkəti, hal-hazırda daxili yanma mühərrikləri üçün alternativ yanacaq növü olan QBA bazarında liderdir.

Müasir nəqliyyat vasitələrinin elektronikalarının mürəkkəbliyi avtomobil istehsalçıları ilə daimi əməkdaşlığı zəruri edir, bunun məqsədi müasir avtomobilin elektronikası ilə tam inteqrasiya oluna biləcək QBA sistemlərinin işlənib hazırlanması və yaradılmasından ibarətdir.

Lovato GAS S.p.A. məhsul və komponentlərinin yüksək keyfiyyəti, nəqliyyat vasitəsinin içərisində mükəmməl inteqrasiyası, mühüm texnoloji tərkibi, şirkətə qaz balon avadanlığının OEM (Original Equipment Manufacturer) təchizatçısına çevrilməklə (tərcümədə orijinal avadanlıq istehsalçısı), dünyada əsas avtomobil istehsalçıları ilə tərəfdaşlıq müqavilələrinin bağlanması imkanını verdi.